
Məşhur müğənni Çelik Erişçi ilk dəfə adının necə qoyulmasından danışıb.
BAKU.WS xəbər verir ki, o açıqlaması zamanı adının atası tərəfindən qoyulduğunu deyib.
Çelik onu da əlavə edib ki, adı "Arçelik" texnologiya şirkətinin adından götürülüb:
"Adımın Çelik olmasının səbəbi atamın "Arçelik" fabrikində işə başlaması ilə əlaqədar olub. Atam işə girdikdən sonra mən dünyaya gəlmişəm. "Arçelik" bərəkətli bir şirkət və brend olduğu üçün atam mənim adımı Çelik qoyub".
Qeyd edək ki, Arçelik, 1955-ci ildə Vehbi Koç və Lütfi Doruk tərəfindən qurulan, soyuducu, paltaryuyan maşın, mətbəx cihazları və digər məişət texnikası istehsal edən Türkiyə mərkəzli nəhəng texnologiya şirkətidir
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.