
Hollivud ulduzu Şarliz Teron radikal qərarı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o artıq daha kişi ilə yaşamağa hazır olmadığını bildirib.
Yutubda yayımlanan "Drew Barrymore Show" adlı verilişinə qonaq olan aktrisa, uşaqlarını böyütməyin indi onun üçün daha vacib olduğunu vurğulayıb.
Eyni zamanda, sənətçi uşaqlarının onun romantik münasibətlərinə həvəsli olduqlarını və onu görüşlərə getməyə təşviq etdiklərini etiraf edib.
"Düşünmürəm ki, artıq kiminləsə yaşaya bilərəm. Bəlkə də uşaqlar böyüyüb köçəndə bu, dəyişəcək", - deyə o qeyd edib.
Aktrisanın bu qərarı hamını təəccübləndirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.