
Sosial Xidmətlər Agentliyi Zərdab rayonunda sosial həssas qrupların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində yeni addım atacaq.
AVESTA.AZ-in məlumatına görə, layihə çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün ümumilikdə 68 mənzilin satın alınması nəzərdə tutulur.
Bunlardan 34-ü üçotaqlı, 26-sı ikiotaqlı, 8-i isə birotaqlı olacaq.
Layihənin dəyəri 5 milyon 610 min 800 manat təşkil edir.
Qeyd edək ki, bu addım sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına yönəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.