
Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən etibarən rəsmi olaraq OPEC və OPEC+ sazişindən ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, qərarın qəbul edilməsinə əsas səbəblərdən biri Hörmüz boğazının bağlanması və enerji bazarında yaranan qeyri-müəyyənlik olub. BƏƏ rəhbərliyi bu addımı strateji neft ehtiyatlarının azalması fonunda daha çevik qərarlar qəbul etmək zərurəti ilə izah edib.
Məlumata görə, OPEC+ ölkələri eyni zamanda gündəlik neft hasilatı limitini 82 min barel artırmaq barədə qərar verib.
Qərardan sonra dünya bazarlarında neft qiymətlərində artım müşahidə olunub. Belə ki, Brent nefti markalı neftin qiyməti martın 30-dan bəri ilk dəfə 115 dolları ötüb.
Ekspertlər hesab edirlər ki, BƏƏ-nin bu addımı qlobal enerji bazarında yeni dəyişikliklərə səbəb ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.