
Bu gün gecə saatlarında Ostin (Texas ştatı, ABŞ) yaxınlığında kiçik "Cessna 421C" təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə mayın 1-də yerli hakimiyyət orqanları bildirib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, qəzanın başvermə səbəbi araşdırılır.
Fövqəladə hallar xidmətləri hadisə yerinə gediblər. İlkin məlumatlara görə, təyyarə yüksək sürətlə hərəkət edib.
Həmçinin qeyd edilib ki, təxminən eyni vaxtda həmin ərazidə olan ikinci təyyarə Nyu-Braunfelsdə təhlükəsiz şəkildə eniş edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.