Bu gün, 00:48 76

Mayın 1-də Heydər Əliyev Mərkəzində "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi baş tutub.

AVESTA.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alyona Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda, milli yaddaşın və mənəvi dəyərlərin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.

"Hacı Zeynalabdin Tağıyev bugünkü Azərbaycanı görə bilsəydi, yəqin ki, yalnız arzularının deyil, bəlkə də heç təsəvvür edə bilmədiyi bir gələcəyin gerçəkləşdiyinin şahidi olardı. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, Tağıyev dövründə əsası qoyulan quruculuq, millətçilik və maarifçilik ideyaları özünün ən parlaq ifadəsini tapır", - deyə Ayaz Salayev bildirib.

Daha sonra "TAĞIYEV: MƏKTƏB" bədii filminin nümayişi olub.

Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyətdir. O, çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur. Artıq yaşlı vaxtında tale onun üçün daha bir sınaq hazırlayır. O, parlaq gələcək üçün zəka, təhsil və dünyagörüşü hər kəsə əlçatan olmalıdır deyərək vacib qərar verir. Sonrakı nəsillərin bilikli və savadlı olması üçün verilən bu qərar nəticədə onun öz taleyi ilə yanaşı, millətinin də taleyini dəyişir.

"TAĞIYEV: MƏKTƏB" filmində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Filmin nümayişindən sonra çıxış edən filmin quruluşçu rejissoru Zaur Qasımlı, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və yaradıcı heyətin digər üzvləri ekran əsərinin ideya və çəkiliş prosesi barədə fikirlərini bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva başda olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkür bildirilib. Qeyd olunub ki, layihənin yüksək səviyyədə hazırlanması komandada birgə əmək, peşəkarlıq və yaradıcı yanaşmanın nəticəsidir. Filmin çəkilişində iştirak edən hər kəsin zəhməti xüsusi olaraq vurğulanıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü "Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. "TAĞIYEV: MƏKTƏB"in təqdimatı da Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edir.

"Tağıyev" filminin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Məlumat üçün deyək ki, "Tağıyev: Neft" , "Tağıyev: Çar" və "Tağıyev: Sona" filmlərini ölkə üzrə kinoteatrlarda 200 minə yaxın tamaşaçı izləyib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

Filmlərin ölkə daxilində və xaricində də geniş təqdimat mərasimləri olub. Həmçinin "Tağıyev: Neft" filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının ("Oscar") mükafatlarına "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-nin kino sənayesinin mərkəzinin - Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib.

Bununla yanaşı, bədii filmin ilk bölümü dünyada məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2 500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Məmməd Səfa, Mehriban Zəki, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və aktyorlar Manaf Dadaşov, Rövşən Ağayev, Rüstəm Cəbrayılov, Vüsal Hacıqədir, Sənan Əlləz, Dəniz Tacəddin, Fəridə Qurbanova, Rövşən Məmmədli, Namiq Ağayev, Kamran Yunis, Nofəl Şahlaroğlu, İsmayıl Kərimov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı, o cümlədən Rusiya və Belarusdan dəvət edilən peşəkar aktyor heyəti də daxil olmaqla geniş yaradıcı heyət filmdə tarixi personajları canlandırıb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz", "Sükut içində addımlar" və "Şuşa, sən azadsan!" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filmini ərsəyə gətirməklə Mərkəz Azərbaycanın tarixi kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olur.

Paylaş

Xəbər lenti

SEPAH: Xamenei Fars körfəzinin idarə olunması qaydasını müəyyən edəcək Bu gün, 00:48 Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib Bu gün, 00:48 "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi Bu gün, 00:48 Əraqçi Lavrov ilə ABŞ-İran danışıqlarını müzakirə edib Dünən, 23:48 Milli Yaşıl Taksonomiya təsdiq edilib Dünən, 23:48 Naib Əlizadə ilə bağlı ƏMR Dünən, 23:48 Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib Dünən, 23:48 Tramp Konqresdən İrana qarşı hərbi əməliyyatların müddətini uzatmağı xahiş etməyəcək Dünən, 23:48 Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə gülünc doğurur Dünən, 22:48 May ayında bu meyvələri yemək məsləhət deyil - SİYAHI Dünən, 22:48 9-cu sinif şagirdi 292.5 bal toplayıb Dünən, 22:48 Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artırılacaq Dünən, 22:48 Deputat: Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib, aydın mesaj göndərib Dünən, 22:48 Ağdamda avtomobillər toqquşub, 2 nəfər ölüb, 4-ü xəsarət alıb Dünən, 21:48 Süni intellektlə ev tapşırığını yazan şəxslərə XƏBƏRDARLIQ Dünən, 21:48 Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? Dünən, 21:48 Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA Dünən, 21:48 Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib Dünən, 21:48 Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi Dünən, 20:48 "Real Madrid" Mourinyoya təklif göndərib? - Özü cavab verdi Dünən, 20:48 TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib Dünən, 20:48 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub Dünən, 20:48 Apple şirkətinin rekord gəlirləri açıqlandı Dünən, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər Dünən, 19:48 Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı Dünən, 19:48 "Bakı Marafonu 2026" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Dünən, 19:48 Xərçəng xəstəliyinə qarşı yeni müdafiə mexanizmi aşkar edilib Dünən, 19:48 Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir" Dünən, 19:48 Texasda təyyarə qəzasında beş nəfər ölüb Dünən, 19:48 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 18:48 IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI Dünən, 18:48 Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA! Dünən, 18:48 İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu Dünən, 18:48 Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb Dünən, 18:48 Belarus Azərbaycanda bir sıra sənaye layihələrinin həyata keçirilməsində maraqlıdır Dünən, 17:48 Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib Dünən, 17:48 Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et! Dünən, 17:48 Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb Dünən, 17:48 İran: ABŞ-nin hərbi əməliyyat xərcləri 100 milyard dollar olub Dünən, 17:48 Tofiq Əsgərova yüksək vəzifə verildi Dünən, 17:48 Vuçiç: Serbiyanın "nüvə silahı hazırlaması" iddiaları absurddur Dünən, 17:48 Sabirabad rayonunda Kür çayının məcrası genişləndi - ANBAAN VİDEO Dünən, 17:48 Prezidentin köməkçisi: İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik Dünən, 17:48 Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar Dünən, 17:48 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA Dünən, 16:48 Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Dünən, 16:48 Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub Dünən, 16:48 Çin nəhəngi yapon brendini ittiham etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR