Bu gün, 19:48 100

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və ortamaqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Xəzər seysmik baxımdan tam sakit zona deyil. Amma belə ardıcıl və hiss olunan təkanların bir-birinin ardınca baş verməsi son illərlə müqayisədə daha çox diqqət çəkir.

Bu aktivliyin əsas səbəbləri nədir və hansı geoloji proseslərlə əlaqələndirilir?

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

"Aktiv bölgələrdə zəlzələlərin qeydə alınması normaldır"

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması normaldır: "Azərbaycan ərazisi Alp-Himalay seysmik qırışıqlığının üzərində yerləşir və Xəzər dənizi seysmik baxımından aktiv bölgələrimizdən biridir. Aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması halı mümkündür. Yəni ərazi seysmikdirsə, orada zəlzələ ehtimalı var. Xəzər dənizində və respublikanın quru ərazisində baş verən maqnitudası üç və üçdən yuxarı olan zəlzələlər haqqında məlumatları RSXM-nin rəsmi internet səhifəsi üzərindən daim ictimaiyyətin diqqətinə çatdırırıq".

Seysmik dinamika

Bakı Dövlət Universitetinin seysmologiya və yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov bildirib ki, hazırda hər hansı kəskin təhlükə ilə bağlı əsasımız yoxdur. Bunlar tamamilə normal, təbii hadisələrdir: "Hazırda dünyada zəlzələlərin qısamüddətli proqnozlaşdırılması elmi baxımdan mümkün deyil. Proqnozlar yalnız orta və uzunmüddətli seysmik risk qiymətləndirmələri əsasında aparılır. Azərbaycanda müşahidə olunan seysmik aktivlik təbii geoloji proseslərin nəticəsidir və bu proseslər zamanla dəyişir. Bəzən aktivlik artır, bəzən isə azalır. Bu, normal seysmik dinamika hesab olunur və həyəcan üçün əsas yaratmır".

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Zəlzələnin əsas geodinamik səbəbi

Mütəxəssis vurğulayır ki, Xəzər hövzəsi Alp-Himalay seysmik qurşağının tərkib hissəsidir. Bu qurşaq Aralıq dənizindən başlayaraq Yunanıstan, Türkiyə, Qafqaz, İran ərazilərindən keçməklə Hindistanın şimalına qədər uzanır: "Azərbaycan, eləcə də Xəzər dənizi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Beynəlxalq geodinamik tədqiqatlara əsasən, region Avrasiya plitəsi ilə Ərəb plitəsi arasındakı davamlı sıxılma zonasına daxildir. Bu plitə hərəkətləri nəticəsində yer qabığında gərginlik toplanır və həmin enerji qırılma zonalarında periodik olaraq boşalır. Məhz bu mexanizm zəlzələlərin əsas geodinamik səbəbi kimi qəbul edilir".

"Geoloji baxımdan normaldır"

Mütəxəssisin sözlərinə görə, ölkə ərazisində bir neçə əsas seysmik aktiv zona mövcuddur: "Digər aktiv seysmik zonalar sırasında Şamaxı və İsmayıllı bölgələri də qeyd olunur. Bu ərazilər tarixən seysmik hadisələrin daha çox qeydə alındığı zonalar kimi tanınır. Bundan başqa, Böyük Qafqazın şimal-qərb hissəsində yerləşən Zaqatala və Şəki zonaları da aktiv seysmik bölgələr sırasındadır. Azərbaycan ümumilikdə orta seysmik aktivliyə malik ölkədir. Bu baxımdan ölkə Yaponiya, Filippin və İndoneziya kimi yüksək seysmik aktivliyə malik ölkələrlə müqayisədə daha aşağı risk qrupunda yer alır. Xəzər dənizinin xüsusilə cənub hissəsi geoloji baxımdan daha mürəkkəb quruluşa malikdir. Bu zona Cənubi Xəzər çökəkliyi ilə əlaqədar olaraq yüksək çöküntü qalınlığı və aktiv tektonik deformasiya ilə xarakterizə olunur. Regionda yer qabığının enməsi və sıxılması fonunda seysmik hadisələrin baş verməsi təbii proses sayılır. Azərbaycan ərazisi ümumilikdə bir neçə seysmik aktiv zonaya bölünür və bu zonalarda zəlzələlərin təbii şəkildə baş verməsi geoloji baxımdan normal proses hesab olunur".

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Seysmologiya yalnız risk zonalarını müəyyən edir

Məlumat üçün bildirək ki, xüsusilə Cənubi Xəzər hövzəsi mürəkkəb tektonik quruluşu ilə seçilir. Elmi ədəbiyyatda bu region yüksək sıxılmış çöküntü qatları, aktiv qırılma sistemləri və qeyri-bərabər deformasiya zonaları ilə xarakterizə olunur. Bu xüsusiyyətlər seysmik enerjinin həm lokal, həm də silsilə şəkildə boşalmasına şərait yaradır. Seysmoloji müşahidələrə dair beynəlxalq məlumat bazalarında (ISC, EMSC) Xəzər regionu daim aktiv zona kimi qeyd olunur. Buna görə də burada zəlzələlərin vaxtaşırı təkrarlanması qeyri-adi hal hesab edilmir. Əsas fərq müşahidə sıxlığındadır: müasir seysmik şəbəkələr əvvəlki dövrlərlə müqayisədə daha zəif təkanları da qeydə alır, bu isə "aktivliyin artması" təəssüratı yarada bilər.

Böyük zəlzələnin əvvəlcədən dəqiq proqnozlaşdırılması isə elmi baxımdan mümkün deyil. USGS və "Nature" icmallarına görə, hazırkı seysmologiya yalnız risk zonalarını müəyyən edə bilir, lakin konkret zaman və güc proqnozu verə bilmir.

Paylaş

Xəbər lenti

15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü Bu gün, 20:48 Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa Kubokunu izləyib Bu gün, 20:48 Rəzai ABŞ-ni "dəniz qulduru" adlandırdı: sərt açıqlama Bu gün, 20:48 Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb Bu gün, 19:48 Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? Bu gün, 19:48 "Bakı Marafonu 2026"nın start və finişində konsert olub Bu gün, 19:48 Cüdo millimiz "Böyük Dəbilqə"də 3 medal qazanıb Bu gün, 19:48 Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib Bu gün, 18:48 Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır Bu gün, 18:48 Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Bu gün, 18:48 "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib Bu gün, 18:48 Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu Bu gün, 17:48 Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı Bu gün, 17:48 "Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib Bu gün, 17:48 Siqaret çəkmək əsəbləri sakitləşdirir? Bu gün, 16:48 "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib Bu gün, 16:48 Bakı Marafonu 2026-da yarış başa çatıb Bu gün, 16:48 Manana Çaparidze bağını nümayiş etdirdi Bu gün, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Bu gün, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Bu gün, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Bu gün, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Bu gün, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Bu gün, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Bu gün, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Bu gün, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Bu gün, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Bu gün, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Bu gün, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Bu gün, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Bu gün, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Bu gün, 11:48 "Bakı Marafonu 2026" başlayıb Bu gün, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Bu gün, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Bu gün, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Bu gün, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR