
ABŞ-nin Afrika Komandanlığı – AFRICOM – Mərakeşdə keçirilən çoxmillətli hərbi təlimlərdən sonra iki amerikalı hərbçinin itkin düşdüyünü açıqlayıb.
BAKU.WS xəbər verir ki, məlumata görə, hadisə ölkənin cənub-qərbində baş verib. ABŞ, Mərakeş və digər iştirakçı ölkələrin qüvvələri birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Rəsmi açıqlamada bildirilir ki, axtarışlar davam edir və insidentin səbəbləri araşdırılır.
Qeyd edək ki, söhbət African Lion təlimlərindən gedir. Apreldə start götürən təlimlər Mərakeşlə yanaşı Tunis, Qana və Seneqalda təşkil olunub və mayın əvvəlində yekunlaşması planlaşdırılır.
2004-cü ildən keçirilən bu təlim ABŞ-ın Afrikadakı ən böyük illik hərbi əməkdaşlıq proqramı hesab olunur və müxtəlif ölkələrdən yüksək rütbəli hərbi nümayəndələrin iştirakı ilə baş tutur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.