3-05-2026, 22:48 301

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır?

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşların hərəkət azadlığının genişləndirilməsi və sürücülük vəsiqələrinin tanınması prosedurlarının qarşılıqlı əsasda asanlaşdırılmasıdır.

Ekspertlərin fikrincə, belə bir addım praktik baxımdan vətəndaşlara xaricdə avtomobil idarə edərkən əlavə imtahan və ya uzunmüddətli prosedurlardan keçmədən sənədlərini dəyişdirmək və ya istifadə etmək imkanı yaradır. Bu isə həm turizm, həm də əmək miqrasiyası baxımından əhəmiyyətli üstünlüklər formalaşdırır. Maraqlıdır, Azərbaycanın sürücülük vəsiqəsi konkret olaraq hansı ölkələrdə tanınır?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır?

Bəzi ölkələrdə birbaşa tanınır

Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin tanındığı ölkələrin sayı ikitərəfli və beynəlxalq razılaşmalardan asılı olaraq dəyişir. Ümumilikdə, Azərbaycan vəsiqəsi bəzi ölkələrdə birbaşa tanınır, digərlərində isə beynəlxalq sürücülük vəsiqəsi (IDP) ilə birlikdə qəbul edilir və ya müəyyən müddət üçün istifadə oluna bilir. Tanınma rejimi ölkələrin milli qanunvericiliyinə və qarşılıqlı sazişlərə əsaslanır.

Azərbaycanın sürücülük vəsiqəsinin tanındığı və ya istifadə oluna bildiyi ölkələr sırasında bir sıra qonşu və region ölkələri xüsusi yer tutur.

130-dan çox ölkədə "yaşıl işıq"

Hüquqşünas Ərşad Hüseynov məsələni "Kaspi"yə şərh edərkən bildirib ki, sürücülük vəsiqələrinin beynəlxalq səviyyədə tanınmasının əsas hüquqi bazası 1968-ci ildə təsdiq olunmuş Vyana Konvensiyasıdır. Bu Konvensiyaya qoşulan dövlətlərdə müəyyən standartlara uyğun sürücülük vəsiqələri əlavə ikitərəfli razılaşma olmadan da tanınır. Onun sözlərinə görə, hazırda bu Konvensiyaya qoşulan ölkələrin sayı təxminən 130-a yaxındır və bu, Azərbaycan vəsiqəsinin geniş coğrafiyada qəbul olunmasına imkan yaradır.

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır?

Ə.Hüseynov qeyd edib ki, əslində sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ayrıca ikitərəfli sazişlər daha spesifik və dərin hüquqi mexanizmdir. Onun izahına görə, bu cür sazişlər yalnız vəsiqənin tanınmasını deyil, həm də sürücülərin hazırlanma sistemi, imtahan prosedurları və sürücülük hüququnun əldə edilməsi qaydalarının qarşılıqlı qəbulunu əhatə edir. Bu isə dövlətlər arasında hüquqi və praktiki uyğunlaşmanı gücləndirir. O vurğulayıb ki, Azərbaycan artıq Türkiyə, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı tanınma sazişlərinə malikdir və Belarusla da belə bir sazişin təsdiqlənməsi olması bu siyahını genişləndirir. Onun fikrincə, bu cür razılaşmalar xüsusilə uzunmüddətli yaşayan və ya işləyən şəxslər üçün əhəmiyyətlidir, çünki sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı əlavə imtahan tələbi aradan qalxır.

Üç aydan altı aya qədər

Hüquqşünas əlavə edib ki, Vyana Konvensiyası çərçivəsində turistik məqsədlə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları üçün sürücülük baxımından ümumilikdə problem yaranmır və onlar bir çox ölkədə müvəqqəti olaraq Azərbaycan vəsiqəsi ilə avtomobil idarə edə bilirlər. Lakin bu imkan adətən müəyyən müddətlə, təxminən üç aydan altı aya qədər məhdudlaşır və bundan sonra həmin ölkənin qanunvericiliyinə uyğun olaraq yerli sürücülük vəsiqəsinə keçid tələb oluna bilər.

Onun sözlərinə görə, uzunmüddətli yaşayış və ya daimi fəaliyyət hallarında fərqli qaydalar tətbiq edilir və bəzi ölkələrdə sürücülük vəsiqəsinin yerli vəsiqəyə dəyişdirilməsi zamanı yenidən imtahan verilməsi tələb olunur. Məsələn, Almaniya və İtaliya kimi ölkələrdə bu praktika geniş yayılıb.

Əlavə imtahan vermədən dəyişə biləcəklər

Ə.Hüseynov qeyd edib ki, qarşılıqlı tanınma sazişləri olan ölkələrdə bu proses daha sadələşdirilmiş şəkildə həyata keçirilir və bəzi hallarda imtahansız dəyişdirmə mümkündür. Belarusda da Azərbaycan vətəndaşları həmin ölkədə sürücülük vəsiqələrini əlavə imtahan vermədən dəyişə biləcəklər.

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır?

Bəs xarici vətəndaşlar?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu kimi sazişlər sürücülərin işini daha da asanlaşdırır. Onun sözlərinə görə, beynəlxalq konvensiyalara qoşulan ölkələr həmin konvensiyaya üzv olan digər ölkələrin sürücülük vəsiqələrini tanımalıdırlar. Lakin bəzi ölkələrin daxili qaydaları mövcuddur və onlar fərqli yanaşmalar tətbiq edirlər. Bu isə müəyyən hallarda çətinliklərin yaranmasına səbəb olur.

Ekspert qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən başqa ölkələrə gedən sürücülərə həm də xarici sürücülük vəsiqəsi verilir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən, xarici vətəndaş hansı ölkədə sürücülük vəsiqəsi əldə edibsə, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdükdən sonra bir ay ərzində həmin vəsiqəni dəyişməlidir və milli sürücülük vəsiqəsi almalıdır. Bu proses zamanı yenidən imtahan verilməsi tələb olunmur. Şəxs yalnız aidiyyəti sənədləri təqdim etməlidir. Yol polisi təqdim edilən sənədlə bağlı müvafiq ölkəyə sorğu göndərir. Əgər cavabda sənədin qanuni yolla əldə edildiyi təsdiqlənərsə və onun istifadə müddəti etibarlı olarsa, həmin xarici vətəndaşın sürücülük vəsiqəsi dəyişdirilir. Bu halda şəxs xarici vəsiqəsini də özündə saxlaya bilir və ona Azərbaycan sürücülük vəsiqəsi təqdim olunur.

E.Muradlı gələcəkdə Avropa ölkələri ilə də belə razılaşmaların əldə olunmasının mümkünlüyünü istisna etməyib. Onun fikrincə, bu istiqamətdə ən optimal variant Avropa İttifaqı ilə vahid sənəd üzərində razılaşma əldə edilməsidir. Çünki Aİ-nin qəbul etdiyi qərarlar üzv ölkələrin hamısında tətbiq olunur və bu da məsələnin daha sistemli şəkildə həllinə imkan yaradır.

DYP-dən sürücülərə tövsiyə

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən isə "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqələri bir sıra ölkələrdə tanınır: "Bu tanınma əsasən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və ölkələrarası razılaşmalar çərçivəsində həyata keçirilir.

Eyni zamanda qeyd olunmalıdır ki, bəzi ölkələrdə sürücülük vəsiqəsinin istifadə müddəti məhdudlaşdırıla və ya əlavə olaraq beynəlxalq sürücülük vəsiqəsi (IDP) tələb oluna bilər. Bu səbəbdən vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl həmin ölkənin müvafiq qaydaları ilə tanış olmaları tövsiyə edilir".

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR