Bu gün, 10:48 32

Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq?

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əməkhaqlarındakı artım faizinə uyğunlaşdırıldı.

AVESTA.AZ xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur: "6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, bu, pensiyasına əlavə olunur.

Məsələn, vətəndaşa 1 may 2020-ci ildə yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı ildə pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır".

"Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaş əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat = 1224.4 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deputat qeyd edib.

Paylaş

Xəbər lenti

Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların nəzərinə - DİM-dən XƏBƏRDARLIQ Bu gün, 11:48 Fuad Muradov Vyetnama səfər edib, Azərbaycan icması ilə görüşüb Bu gün, 11:48 Lənkəran sakinlərinin NƏZƏRİNƏ Bu gün, 11:48 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ Bu gün, 11:48 İspaniya Baş nazirini daşıyan təyyarə Ankaraya məcburi eniş edib Bu gün, 11:48 DYP skuter istifadəçilərinə müraciət edib Bu gün, 11:48 Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib Bu gün, 11:48 Azərbaycanda ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb Bu gün, 11:48 Həbs qətimkan tədbirləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə olunub Bu gün, 11:48 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI Bu gün, 11:48 İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü Bu gün, 11:48 Lerikdə ildırım vuran gənc ölüb Bu gün, 10:48 Azərbaycanda heyvan sığınacaqları üçün yeni qaydalar qüvvəyə minib Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb Bu gün, 10:48 Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? Bu gün, 10:48 Neymarla Robinyonun oğlu məşqdə dalaşdı Bu gün, 10:48 Türkiyədə güclü qasırğa FACİƏYƏ ÇEVRİLDİ: 1 ÖLÜ, 40 YARALI Bu gün, 10:48 Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb Bu gün, 09:48 Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq Bu gün, 09:48 Nəsrin Cavadzadə evləndi Bu gün, 09:48 Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu Bu gün, 09:48 İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq Bu gün, 09:48 Ən tez aldanan bürclər açıqlandı Bu gün, 00:48 Diqqət mərkəzində olmaq istəyi hansı psixoloji problemin əlamətidir? Dünən, 23:48 Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır? Dünən, 23:48 Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir? Dünən, 23:48 Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? Dünən, 22:48 Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi Dünən, 22:48 Mərakeşdə hərbi təlim zamanı iki ABŞ hərbçisi itkin düşüb Dünən, 22:48 Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib Dünən, 21:48 Şəmkirdə gənc oğlan ağır yanıq xəsarətləri alıb Dünən, 21:48 Dejavu nədir və nə zaman təhlükəli ola bilər? – Mütəxəssislər açıqladı Dünən, 21:48 Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb Dünən, 21:48 15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü Dünən, 20:48 Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa Kubokunu izləyib Dünən, 20:48 Rəzai ABŞ-ni "dəniz qulduru" adlandırdı: sərt açıqlama Dünən, 20:48 Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb Dünən, 19:48 Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? Dünən, 19:48 "Bakı Marafonu 2026"nın start və finişində konsert olub Dünən, 19:48 Cüdo millimiz "Böyük Dəbilqə"də 3 medal qazanıb Dünən, 19:48 Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib Dünən, 18:48 Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır Dünən, 18:48 Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Dünən, 18:48 "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib Dünən, 18:48 Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu Dünən, 17:48 Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı Dünən, 17:48 "Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR