
İran ABŞ ilə aparılan danışıqlarda əldə olunan son cavabın hazırda təhlil mərhələsində olduğunu açıqlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi məlumat verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında əlaqə vasitəçilər üzərindən davam edir və Tehran yalnız müharibənin dayandırılması məsələsini müzakirə edir. Bekayi qeyd edib ki, ABŞ-dən daxil olan son mesaj hazırda mütəxəssislər tərəfindən araşdırılır və yekun mövqe daha sonra diplomatik kanallarla təqdim olunacaq.
Sözçü mediada yayılan nüvə zənginləşdirilməsi ilə bağlı iddiaları təkzib edərək bildirib ki, bu mövzu gündəmdə deyil və yayılan məlumatlar spekulyativ xarakter daşıyır.
Bekayi həmçinin vurğulayıb ki, diplomatik prosesdə yaranan gərginliyin əsas səbəbi ABŞ-nin siyasətidir. Onun fikrincə, Vaşinqtonun əvvəlki razılaşmalardan geri çəkilməsi və hərbi addımları danışıqlara mənfi təsir göstərib.
Bundan əlavə, o, Hörmüz boğazı ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, İran və Oman təhlükəsiz dəniz daşımalarını təmin etmək üçün birgə mexanizmlər üzərində işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.