
Kürdəmirdə bədbəxt hadisə baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.
Ağır xəsarət alan R. Məmmədov ölüb.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.