
Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumdan sonra neft sənayesi obyektində genişmiqyaslı yanğın qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilir ki, alov neft infrastrukturu yerləşən ərazidə başlayıb. Hazırda yanğınsöndürən briqadalar və digər fövqəladə xidmətlər hadisə yerində işləyir, yanğının səbəbləri və vurulan ziyanın həcmi araşdırılır.
Bundan əvvəl BƏƏ-nin Müdafiə Nazirliyi İran tərəfindən buraxıldığı bildirilən dörd qanadlı raketlə bağlı məlumat yayıb. Rəsmi açıqlamada qeyd olunub ki, raketlərdən üçü ölkənin ərazi suları üzərində zərərsizləşdirilib, digəri isə dənizə düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.