
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski mövsümün sonunda komandadan ayrılmağa yaxındır.
AVESTA.AZ İdmanxeber.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirə bilər.
Onunla Polşanın "Vitsev Lodz" klubu ciddi şəkildə maraqlanır.
Sözügedən klub yanvarda qapıçını heyətinə qatmaq istəsə də, transfer baş tutmamışdı. Ancaq Polşa təmsilçisi təcrübəli qolkiperdən vaz keçmir.
Bildirilir ki, "Vitsev Lodz" Koxalskiyə yeni müqavilə təklifi hazırlayıb. 25 yaşlı oyunçu qərar üçün mövsümün sonunu gözləyir. Onun ölkəsində çıxış etməyə müsbət yanaşdığı da bildirilir. Koxalski daha əvvəl "Vitsev Lodz"dan təklif aldığını açıqlamış, lakin qışda ayrılmasına razılıq verilməmişdi.
Xatırladaq ki, polşalı qolkiper 2024-cü ilin avqustunda "Qarabağ"la 3+1 illik müqavilə imzalayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.