
Bakının Nəsimi rayonu, Hənifə Ələsgərova və Süleyman Rüstəmov küçələrində yaşayan sakinlər ciddi problemlə üzləşib.
AVESTA.AZ Real TV-ə istinadən xəbər verir ki, buna səbəb ətrafda gedən söküntünün yaratdığı narahatlıq, həm də onların evlərinin sökülməsi üçün təklif olunan məbləğin azlığıdır.
Vətəndaşın sözlərinə görə, təqribi 30 ildən artıqdır bu evdə qalır. 10 il olar ki evinin plana düşdüyünü eşidib.
Lakin indiyədək cəmi 14 ailə köçürülüb və sakinlər tam köçürülməmiş söküntü başlayıb.
Evlərini tərk etməyən sakinləri isə tikinti şirkətinin təklif etdiyi kompensasiya qane etmir.
"Bizə elə qiymətlər deyirdilər ki bu ərazilərdən ev almaq qeyri mümkündür", - deyə sakin vurğulayıb.
Tikinti şirkətin hüquqşunası Ramilə Bağırova deyib ki iddialar əsassızdır və sakinlərin hazırda yaşadıqları evlərin ölçüsü kiçikdir.
Daha ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.