8-05-2025, 12:48 323

Bakıda evi plana düşən sakinlər narazılıq edir:

Paytaxtın Səbail rayonu Salman Mümtaz 30 və 34 (keçmiş Çernyakovski küçəsi) ünvanlarında yaşayan sakinlər evlərinin sökülməsinə narazılıq edirlər. İllərdir bu ünvanda pis-yaxşı yaşayan sakinlər bir müddət əvvəl evlərinin plana düşdüyünü öyrənib. Bir neçə ailə verilən kompensasiya ilə razılaşaraq başqa yerlərə köçüblər. Hazırda orada yaşamağa davam edən sakinlər isə verilən məbləğdən narazıdır. Onlar kompensasiyanın azlığından şilayətlənirlər.

BAKU.WS xəbər verir ki, bu barədə "Real TV"yə danışan sakinlər evləri üçün 40 000 və 48 000 AZN kompensasiya məbləği təklif edildiyini vurğulayıblar:

"Kvadratmetrinə 1500-1550 AZN verdilər. Deyirlər "Evləri boşaldın gedin, sən ev al ya da alma sadəcə çıx get burdan". Mən indi 8 nəfər ailə üzvümlə hara gedim? 40 000 AZN, 60 000 AZN-ə də ev alarlar?" - deyə, həmin ərazidə yaşayan sakin qeyd edib. 

Başqa bir sakin isə onun 30 kvadratmetrlik evi üçün ödənilən kompensasiyaya başqa yerdən ev almağın mümkün olmadığını bildirib:

"Gəldilər çəkdilər ölçdülər… mənə 48 000 AZN kompensasiya vermək istəyirlər. Bu 48 000 AZN-lə mən neynəyim? Evim 30 kvadratmetrdir. Bizə ev də vermirlər, sadəcə 48 000 AZN pul verirlər. Deyirlər istəyirsən götür istəyirsən götürmə… Bu 48 000 AZN-lə ev ala bilərəmmi?"

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib. Qeyd edilib, ki bu məsələ ilə onların heç bir əlaqəsi yoxdur. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb.

Komitədən bildirilib ki, oradan hələ də köçməyən vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələri bağlanacaq.

Ətraflı videoda:

Paylaş

Xəbər lenti

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib Bu gün, 17:48 Prezident İƏT Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək Bu gün, 17:48 Binədə məktəbdə 7 şagird qoğaldan zəhərlənibmiş - Bufet bağlandı, direktor... Bu gün, 17:48 Sumqayıtda avtomobil yolu çöküb Bu gün, 17:48 Abbas Əhməd 32 ildir dinlənilən mahnısından danışdı Bu gün, 17:48 Rusiyada 200 uçuş təxirə salındı - SƏBƏB Bu gün, 17:48 Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu Bu gün, 17:48 3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır Bu gün, 17:48 Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı Bu gün, 17:48 Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib Bu gün, 17:48 Məşhur aktrisa ilk dəfə bu serialda panik atak olub Bu gün, 17:48 Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki... Bu gün, 16:48 Rafael Fiziyevin Bakıdakı UFC gecəsində RƏQİBİ BİLİNDİ Bu gün, 16:48 Lerikdə 14 kq narkotik aşkarlanıb Bu gün, 16:48 Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib Bu gün, 16:48 Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI Bu gün, 16:48 Avropa İttifaqı xəttinə zidd addım: Fransa regionda tək qalır? Bu gün, 16:48 Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM Bu gün, 15:48 AAYDA-nın üç qurumu LƏĞV OLUNDU Bu gün, 15:48 Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub Bu gün, 15:48 Evləri plana düşən 8 ailə köçmək istəmir - 200 min manat verirlər Bu gün, 15:48 Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq Bu gün, 15:48 İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub Bu gün, 15:48 Fanatları ilə evlənən türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər saxlanılıb Bu gün, 15:48 Qubanın bu kəndlərinin adları dəyişdirilir Bu gün, 14:49 "Qarpız" yükü altında 31 kiloqramdan çox həşiş aşkarlanıb Bu gün, 14:49 İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Bu gün, 14:48 Kaya Kallas Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi Bu gün, 14:48 SOCAR "EKOL Mühəndislik Xidmətləri"nin yeganə səhmdarı olub Bu gün, 14:48 ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum etdi, beş nəfər həlak oldu Bu gün, 14:48 İlham Əliyev PAİ-nin Azərbaycanla Ermənistan arasında dialoqda rolunu müsbət qiymətləndirib Bu gün, 14:48 Bu ürək xəstəliyi riskini azaldır Bu gün, 14:48 Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB Bu gün, 14:48 Ceyhun Bayramovun Kallasla görüşü keçirilir Bu gün, 14:48 MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib Bu gün, 14:48 "Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI Bu gün, 14:48 Azərbaycanlı müğənni 13 dəfə əməliyyat olunduğunu etiraf etdi Bu gün, 13:48 Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? Bu gün, 13:48 53 yaşlı Kameron Diaz 3-cü dəfə ana oldu Bu gün, 13:48 Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır Bu gün, 13:48 Texasda 80 nəfər SpaceX-ə qarşı məhkəməyə müraciət edib Bu gün, 13:48 10 ildən sonra "Met Gala"ya qızı və həyat yoldaşı ilə qatıldı Bu gün, 13:48 Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı Bu gün, 13:48 Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub Bu gün, 13:48 Cabir İmanovun ölümündən danışan Tahir İmanov: "Ölümünü hiss edirdi" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR