
Britaniya kral ailəsinin ən yadda qalan simalarından biri olan Şahzadə Diana yalnız xeyriyyə fəaliyyəti ilə deyil, həm də kral protokolunu tez-tez pozan davranışları ilə tarixə düşüb. Onun qaydaları dəyişən addımları bu gün də müzakirə mövzusu olaraq qalır. O, saray protokollarını pozaraq həm cəmiyyətin sevgisini qazanıb, həm də ənənəvi qaydaları dəyişdirməyi bacarıb. Onun bu addımları illər sonra belə diqqət mərkəzindədir.
BAKU.WS Şahzadə Diananın kral protokolunu pozduğu 13 məqamı oxuculara təqdim edir:
Diana uşaqlarının adını özü seçdi.
İctimai tədbirlərdə əlcək taxmaqdan imtina etdi.
Şahzadə Harrinin məktəbində keçirilən yarışda ayaqyalın qaçdı.
Uşaqlarını dövlət məktəbinə göndərdi.
Yalnız neytral rənglərə icazə verilməsinə baxmayaraq qırmızı dırnaq boyası istifadə etdi.
Cəsarətli geyimlər geyindi.
Nişan üzüyünü kataloqdan seçdi.
Həyatını riskə ataraq mina sahəsinə daxil oldu.
Öz nikah andlarını özü yazdı, Şahzadə Çarlza itaət edəcəyinə dair and içmədi.
İstədiyi zaman qara geyimlər geyindi (halbuki bu yalnız yas mərasimlərində geyinilməli idi),
Uşaqlarını xəstəxanada dünyaya gətirən ilk kral ailəsi üzvü oldu.
Bir müsahibəsində evliliyindəki problemləri açıq şəkildə ictimaiyyətlə paylaşdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.