
Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb.
Bu barədə oxuculardan biri BAKU.WS-in "qaynar xətti"nə şikayətlə müraciət edib.
Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videoda "müəllim" azyaşlılarla əyləncəli oyunlar oynayan zaman onlarla sərt rəftar edib və qorxudub. Daha sonra isə həmin video silinərək yerinə montajlanmış versiyası paylaşılıb.
Qeyd edək ki, bağça ilə əlaqə saxlamağa çalışsaq da təəssüf ki cəhdlərimiz uğursuz alınıb.
Həmin görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.