Bu gün, 20:48 57

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi?

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu dəfə həmin xətt Bakıda Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərən mühüm mesajlarla çəkildi.

AVESTA.AZ xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri diplomatik protokol çərçivəsinə sığmayan hadisə idi. Səfərin xüsusi siyasi çəkisi vardı. Çünki Meloni Ermənistandakı proqramını başa vurduqdan dərhal sonra Bakıya gəlib.

Prezident İlham Əliyev də bu detalı xüsusi vurğulayaraq bunu Azərbaycana göstərilən hörmətin və münasibətlərin dərinliyinin göstəricisi kimi qiymətləndirib.

İki ölkə arasında artıq illərdir formalaşan strateji tərəfdaşlıq bu gün yeni mərhələyə qədəm qoyur. Enerji, müdafiə sənayesi, investisiya, təhsil və regional təhlükəsizlik. Bir sözlə, Bakı ilə Romanın gündəliyi kifayət qədər genişdir.

Azərbaycanın İtaliyanın əsas enerji tərəfdaşlarından biri olması münasibətlərin iqtisadi sütununu təşkil edir. Təkcə ötən il tərəflər arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxın olub. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir.

Prezident İlham Əliyev görüşün əsas istiqamətlərindən birinin enerji əməkdaşlığının genişləndirilməsi olduğunu bildirib.

Bu gün enerji iqtisadi maraq olmaqla yanaşı, həm də geosiyasi alətə çevrilib. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsinin prioritet olduğu bir dönəmdə Azərbaycanın İtaliya üçün rolu daha da artır.

Meloni də bunu açıq şəkildə etiraf etdi. O bildirdi ki, Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resursları İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici amilə çevrilib.

Ancaq Bakı-Roma əməkdaşlığı yalnız boru xətləri ilə ölçülmür. Müdafiə sənayesi, aerokosmik texnologiyalar, dəniz təhlükəsizliyi, infrastrukturun qorunması və üçüncü ölkələrdə birgə layihələr gündəliyin yeni istiqamətləridir.

Meloninin Azərbaycanın İranda təhlükə ilə üzləşən İtaliya vətəndaşlarının təxliyəsində göstərdiyi dəstəyə görə Bakıya təşəkkür etməsi isə münasibətlərin yalnız maraqlara deyil, qarşılıqlı etimada söykəndiyini göstərir.

Bəlkə də bu səfərin ən mühüm mesajı budur. Beynəlxalq münasibətlərin tez-tez dəyişən küləkləri fonunda Bakı və Roma sabit istiqamət seçib.

Bu gün Bakıda verilən mesaj aydındır. Azərbaycan-İtaliya münasibətləri, sadəcə, tərəfdaşlıq deyil, bu münasibətlər Avrasiya geosiyasətində uzunmüddətli strateji xəttə çevrilir.

Paylaş

Xəbər lenti

Qırğızıstan Bakıda səfirlik binası tikmək istəyir: Hökumətə müraciət olundu Bu gün, 20:48 İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Bu gün, 20:48 Bir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub Bu gün, 20:48 WhatsApp-da YENİLİK - Avatarlar ləğv ediləcək Bu gün, 20:48 Mehriban Əliyeva Bakıda keçirilən sərgilərlə tanışlıqdan videgörüntü paylaşıb Bu gün, 20:48 İlham Əliyev: Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Aİ-nin etibarlı tərəfdaşıdır Bu gün, 20:48 Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? Bu gün, 20:48 İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı Bu gün, 19:48 Yeni sevgilisi olduğunu açıqladı Bu gün, 19:48 Azərbaycanın minifutbol yığması "Millətlər Liqası"nın qalibi olub Bu gün, 19:48 Azərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətlərinin görüşü keçirilib Bu gün, 19:48 Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ Bu gün, 19:48 Aeroport yolunda avtoqəza olub, ölən var Bu gün, 18:48 Mərhum prodüserdən danışan Seda Sayan: "Onu yaxşıca döydüm" Bu gün, 18:48 Bakıda bu bazarlarda saxta kürü məhsulları satılırmış Bu gün, 18:48 Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlanıb - RƏSMİ Bu gün, 18:48 Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ Bu gün, 18:48 İcra başçısının köməkçisi vəfat etdi Bu gün, 18:48 Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib Bu gün, 17:48 Prezident İƏT Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək Bu gün, 17:48 Binədə məktəbdə 7 şagird qoğaldan zəhərlənibmiş - Bufet bağlandı, direktor... Bu gün, 17:48 Sumqayıtda avtomobil yolu çöküb Bu gün, 17:48 Abbas Əhməd 32 ildir dinlənilən mahnısından danışdı Bu gün, 17:48 Rusiyada 200 uçuş təxirə salındı - SƏBƏB Bu gün, 17:48 Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu Bu gün, 17:48 3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır Bu gün, 17:48 Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı Bu gün, 17:48 Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib Bu gün, 17:48 Məşhur aktrisa ilk dəfə bu serialda panik atak olub Bu gün, 17:48 Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki... Bu gün, 16:48 Rafael Fiziyevin Bakıdakı UFC gecəsində RƏQİBİ BİLİNDİ Bu gün, 16:48 Lerikdə 14 kq narkotik aşkarlanıb Bu gün, 16:48 Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib Bu gün, 16:48 Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI Bu gün, 16:48 Avropa İttifaqı xəttinə zidd addım: Fransa regionda tək qalır? Bu gün, 16:48 Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM Bu gün, 15:48 AAYDA-nın üç qurumu LƏĞV OLUNDU Bu gün, 15:48 Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub Bu gün, 15:48 Evləri plana düşən 8 ailə köçmək istəmir - 200 min manat verirlər Bu gün, 15:48 Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq Bu gün, 15:48 İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub Bu gün, 15:48 Fanatları ilə evlənən türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər saxlanılıb Bu gün, 15:48 Qubanın bu kəndlərinin adları dəyişdirilir Bu gün, 14:49 "Qarpız" yükü altında 31 kiloqramdan çox həşiş aşkarlanıb Bu gün, 14:49 İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Bu gün, 14:48 Kaya Kallas Azərbaycana səfərə gəlib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR