
ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib və ölkənin iqtisadi vəziyyətinin zəifləməsini istədiyini bildirib.
AVESTA.AZ xəbər verir ki, Ağ Evdə jurnalistlərə danışan Tramp ABŞ-nin İran qarşı sanksiyalarının çox ağır olduğunu deyib.
Onun sözlərinə görə, İran iqtisadiyyatı ciddi təzyiq altındadır, milli valyuta dəyərsizləşib və inflyasiya yüksək səviyyəyə çatıb.
Tramp həmçinin İranın hazırkı vəziyyətdə ciddi çətinliklər yaşadığını, razılaşma axtarışında olduğunu iddia edib və bölgədə gərginliyin davam etdiyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.