
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları və yaxud 3,4 % artaraq 88 milyard ABŞ dollarına çatıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu ehtiyatlar 38 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,7 dəfə üstələyir", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.