
Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.
Qeyd edək ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.