
Filologiya elmləri doktoru, tanınmış alim Nəsirağa Məmmədov vəfat edib.
AVESTA.AZ xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Nəsirağa Şahmurad oğlu Məmmədov 1957-ci ildə Masallı rayonu Şıxlar kəndində anadan olub. O, Bakı Slavyan Universitetinin müasir rus dili kafedrasının professoru kimi fəaliyyət göstərib.
Alimin vəfatı elm ictimaiyyəti və onu tanıyanlar tərəfindən kədərlə qarşılanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.