7-05-2026, 14:48 301

Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, Faiq Məmmədov 2023-cü ildə Mingəçevir şəhəri ərazisində avtomobillə hərəkətdə olarkən digər sürücü ilə yol hərəkəti qaydaları zəminində mübahisə edib və sonradan ona ağır xəsarət yetirib.

Belə ki, o, idarə etdiyi "Khazar" markalı avtomobillə Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini yolun sağ zolağı deyil, orta zolağı ilə idarə edib. Bu zaman eyni istiqamətdə arxadan hərəkət edən "Mercedes-Benz" markalı avtomobilin sürücüsü, zərərçəkmiş Elvin Paşayev onun hərəkətinə etiraz olaraq səs siqnalından istifadə edib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Faiq avtomobilini H.Əliyev prospektində, "Sənaye parkı"nın inzibati binasının qarşısında saxlayaraq nəqliyyat vasitəsindən düşüb. Onun hərəkətlərini görən zərərçəkmiş şəxs də avtomobilini yaxınlıqdakı avtobus dayanacağında saxlayaraq düşüb və tərəflər üz-üzə gəliblər. Təqsirləndirilən şəxs Elvinə yaxınlaşmaq üçün işarə edib. Sonra zərərçəkmiş ona yaxınlaşan anda avtomobilinin salonundan götürdüyü balta ilə qəfil hücum edib. Heç bir zorakılıqla qarşılaşmadığı halda Faiq Elvinin baş nahiyəsinə bir dəfə zərbə endirib.

Hadisə nəticəsində Elvin Paşayev açıq kəllə-beyin travması, alın sümüyünün açıq sınığı və subdural hematoma ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarətlər alıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qismən dəyişdirilib. Belə ki, məhkumun əməli ağır zərərvurma maddəsindən sağlamlığa az ağır zərərvurma maddəsinə tövsif edilib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Bundan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib və Ali Məhkəmə iş üzrə apellyasiya qərarını ləğv edərək cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarıb.

İşə yenidən baxan Şəki Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarla əvvəlki mövqeyini qüvvədə saxlayıb. Məhkəmə kollegiyası Faiqin əməlini yenidən Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Eyni zamanda, Faiqin həmin cəzanı artıq çəkdiyi nəzərə alınaraq onun cəzasını çəkmiş hesab olunması barədə qərar qəbul edilib. Hökm digər hissələrdə dəyişdirilmədən saxlanılıb.

Sonuncu qərardan isə dövlət ittihamçısı tərəfindən yenidən kassasiya protesti verilib.

Paylaş

Xəbər lenti

AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat Bu gün, 13:48 Payızda immuniteti dəstəkləyən qidalar Bu gün, 13:48 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək Bu gün, 13:48 Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub Bu gün, 13:48 Meta şirkəti 25 milyard dollar cərimələnib Bu gün, 13:48 Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Bu gün, 12:48 Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib Bu gün, 12:48 Push30 tətbiqində gündəlik həyatı asanlaşdıran 5 yenilik Bu gün, 12:48 Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq Bu gün, 12:48 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Bu gün, 12:48 Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq Bu gün, 12:48 Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib Bu gün, 12:48 Yardımlıya yeni icra başçısı təyin edilib Bu gün, 12:48 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib Bu gün, 12:48 Azərbaycanda startaplar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilə qaldırılıb - FƏRMAN Bu gün, 12:48 Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib Bu gün, 12:48 Prezidentin Yardımlıya yeni icra başçısı təyin etdiyi Orxan Məmmədov kimdir? - DOSYE Bu gün, 12:48 Bakıda və rayonlarda yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya ediləcək - Bu tarixədək... Bu gün, 12:48 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar Bu gün, 11:48 Azərbaycana gələn turistlərin sayı azalıb Bu gün, 11:48 Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI Bu gün, 11:48 FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır Bu gün, 11:48 FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Azeri Light neftinin qiyməti 119,7 dollara yüksəldi Bu gün, 11:48 "BakuBus"ın daha bir sürücüsü avtobusu sürməkdən İMTİNA ETDİ Bu gün, 11:48 Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır Bu gün, 11:48 ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsinin ölkədən çıxmasını tələb edib Bu gün, 11:48 2 yaşlı qız su kanalında boğularaq ölüb Bu gün, 11:48 Bakıda avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" Bu gün, 11:48 Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib Bu gün, 11:48 Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb Bu gün, 11:48 Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib Bu gün, 11:48 Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ Bu gün, 11:48 Cəbrayılda avtomobil aşıb, sürücü ölüb Bu gün, 09:48 Brent neftinin qiyməti 110 dolları ötdü Bu gün, 09:48 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq Bu gün, 09:48 UEFA Konfrans Liqasında bu gün II turun oyunları keçiriləcək Bu gün, 09:48 Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub Bu gün, 08:48 Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər Bu gün, 08:48 Çempionlar Liqası: "Real" qələbə qazanıb, "Mançester Yunayted" məğlub oldu Bu gün, 08:48 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu Bu gün, 08:48 Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR