
ABŞ-də maliyyəçi və cinsi cinayətlərdə ittiham olunan Cefri Epşteynin ölümündən əvvəl yazdığı iddia edilən intihar məktubu məhkəmə qərarı ilə ictimaiyyətə açıqlanıb.
BAKU.WS xəbər verir ki, sənəd Epşteynin ölümündən təxminən bir ay əvvəl qələmə alınıb. Məktubda onun aylarla araşdırıldığını, lakin "heç nə tapılmadığını" yazdığı bildirilir. Qeydlərdə həmçinin "Vida üçün öz zamanını seçmək bir imtiyazdır" ifadəsi yer alıb.
Sənədin Epşteynə məxsus olduğu tam təsdiqlənməyib. ABŞ rəsmiləri məsələ ilə bağlı rəsmi şərh verməyiblər. Bununla belə, ölkə hakimiyyəti Epşteynin ölümünü intihar kimi qiymətləndirməyə davam edir.
Məktubun uzun müddət gizli saxlanıldığı bildirilir. Buna səbəb sənədin Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalyone ilə bağlı cinayət işi materiallarında yer alması olub.
Yeddi sətirdən ibarət olan qeyddə "Əyləncəli deyil – dəyməz" kimi ifadələr də yazılıb. ABŞ mətbuatı qeyd edir ki, məktubun məzmunu və məqsədi hələ də tam aydın deyil.
Hakim sənədin açıqlanmasını "ictimai maraq" və "ədalət sisteminə etimadın qorunması" ilə əsaslandırıb.
Qeyd edək ki, Cefri Epşteyn 2019-cu ildə həbsxana kamerasında ölü tapılmışdı. Onun ölümü illərdir ABŞ-də ən çox müzakirə olunan qalmaqallardan biri olaraq qalır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.