
ABŞ 2026-cı ilin ilk rübündə Rusiyadan idxal etdiyi həll olunan qəhvə həcmini əhəmiyyətli dərəcədə artırıb.
BAKU.WS xəbər verir ki, "Prajm" agentliyinin ABŞ statistika xidmətinə istinadən yaydığı məlumata görə, yanvar–mart aylarında Rusiyadan ABŞ-yə 641,9 min dollar dəyərində dondurulmuş (sublimasiya olunmuş) qəhvə idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Bununla belə, mart ayında tədarüklərdə azalma qeydə alınıb - əvvəlki aya nisbətən təxminən 25 faiz azalaraq 191,4 min dollara düşüb.
Eyni dövrdə ABŞ-nin qovrulmuş hindibaya (qəhvə əvəzedicisi) olan idxalı 15 faiz azalaraq 13,8 min dollar təşkil edib. Lakin mart ayında bu məhsul üzrə artım müşahidə olunub: fevral ayı ilə müqayisədə 41 faiz, illik müqayisədə isə 20 faiz artaraq 3,4 min dollara yüksəlib.
Qeyd olunur ki, ABŞ bazarında hazır qəhvənin əsas tədarükçüləri Meksika, Kolumbiya və Braziliyadır. Hindiba isə əsasən Fransa, Hindistan və Polşadan idxal edilir.
Xatırladaq ki, bundan əvvəl dünya bazarında kakao paxlalarının qiymətinin kəskin ucuzlaşdığı və son illərin minimum səviyyəsinə düşdüyü bildirilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.