
Meksikada məktəblilər bu il yay tətilinə adi vaxtdan xeyli əvvəl yollanacaqlar.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Təhsil Nazirliyinin sözçüsü Mario Delqadonun məlumat verib.
Qeyd olunub ki, dərslər 5 iyunda başa çatacaq. Halbuki, adətən tədris ili iyul ayının ortalarına qədər davam edir.
Bildirilir ki, qərarın əsas səbəblərindən biri ölkədə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı gözlənilən sıxlıqdır. Turnir zamanı şəhərlərə çox sayda azarkeşin gələcəyi, nəqliyyat sistemində dəyişikliklərin olacağı nəzərə alınıb. Rəsmilər təhlükəsizlik baxımından məktəblilərin erkən tətilə buraxılmasını məqsədəuyğun hesab ediblər.
Bundan əlavə, ölkədə havaların kəskin isti keçməsi də qərara təsir edən amillərdən biri olub. Hazırda bəzi bölgələrdə temperaturun 40 dərəcəyə çatdığı və bu şəraitin yaxın aylarda da davam edə biləcəyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.