
Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur.
Ümumi əmanət portfelinin 94 %-i, yaxud 38 milyon 956,5 min manatı milli valyutanın payına düşüb. Bu, illik müqayisədə 47,7 % çoxdur.
İl ərzində xarici valyutada əmanətlər 40,4 % artaraq 2 milyon 465,3 min manat ekvavalentinə çatıb.
Qeyd edək ki, Naxçıvanda 7 bankın filialı fəaliyyət göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.