
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AVESTA.AZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyaraq, əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Agentliyin inzibati binasında dahi rəhbərin zəngin dövlətçilik irsini, genişmiqyaslı siyasi və ictimai fəaliyyətini əks etdirən xüsusi stendlərlə tanışlıq keçirilib.
Tədbirin rəsmi hissəsinin başlanğıcında ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ulu öndərin dövlət müstəqilliyimizin qorunması, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və digər istiqamətlərdə misilsiz və əvəzolunmaz xidmətlər göstərdiyini vurğulayıblar.
Qeyd olunub ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və təməli qoyulan "Əsrin müqaviləsi" kimi qlobal layihələr Azərbaycanın bugünkü dinamik inkişafının əsasını təşkil edir. Tədbir çərçivəsində "Ümummilli Lider Heydər Əliyevin enerji strategiyası" və "Heydər Əliyev - sabitliyə gedən yol" mövzularında məruzələr dinlənilib. Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən "İz" sənədli filmi nümayiş olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.