10-05-2026, 15:48 476

Sabir Rüstəmxanlı:

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır".

AVESTA.AZ xəbər verir ki, bunu Oxu.Az-a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:

"O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbaycan dövlətçiliyini mühafizə edən, qoruyan bir şəxs olub. Azərbaycanda - bir əyalət şəhərində böyüyüb keçmiş SSRİ-nin Siyasi Büro üzvü, baş nazirin birinci müavini olmaq, Nazirlər Kabinetində ən yüksək vəzifə tutmaq, dünyada hörmətli siyasətçi olmaq və tanınmaq hər adama qismət olan bir məsələ deyil. Heydər Əliyev, şübhəsiz öz bacarığı və fitri istedadı ilə buna nail olub. O, ömrünün sonuna qədər "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyərək yaşadı".

Sabir Rüstəmxanlı vurğulayıb ki, ümummilli lider ədəbiyyata da yüksək dəyər verib:

"Azərbaycan yazıçısı və onu şəxsən tanıyan bir adam kimi, onun ədəbiyyat və mədəniyyətə nə qədər yüksək dəyər verdiyinin şahidi olmuşam. İlk dəfə yazıçıların qurultaylarında Azərbaycan dilində danışıb. Qurultay öncəsi yazıçıları qəbul edirdi, onların bütün fikirlərini dinləyirdi. Azərbaycanda yazıçıların əsərlərinin dərc olunması, onların əsərləri əsasında filmlərin çəkilməsi, dünyada tanıdılması istiqamətində görülmüş işlər son dərəcə əhəmiyyətlidir və onun mədəniyyətə verdiyi yüksək dəyəri göstərir. Bunların hər biri onun dövlətçiliyə və millətin tarixinə dərin bağlılığını göstərir".

O, Heydər Əliyevlə bağlı yaddaşından heç vaxt silinməyən xatirəsindən bəhs edib:

"Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Mən bu xatirələrimi ayrıca yazmışam.

Mənim 27-28 yaşım var idi. O vaxt "mən yazıçıyam, qəzetdə işləyirəm, jurnalistəm. Amma gecələr bu boyda Bakıya baxıram ki, mənim burada bir evim də yoxdur. Onda nə yazım, vətəndən necə yaza bilərəm?" - deyə bir teleqram vurmuşdum. 10-15 gün keçməmiş məni Yazıçılar İttifaqına çağırdılar ki, Heydər Əliyevə nə teleqram vurmusunuz? Dedim ki, evim yoxdur. Qısa müddətdə mənə ev verdilər. Yəni bu, mənim həyatımda onunla bağlı yadda qalan bir hadisədir. O yaşda mənim evim olmuşdu. 50 yaşımda özü gəlmişdi və təxminən üç saatlıq yubiley tədbirində iştirak etmişdi. 50 yaşımda Opera və Balet Teatrında keçirilən yubiley tədbirimə özü gəldi və axıra qədər iştirak etdi. Bunlar hamısı unudulmaz xatirələrdir".

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Bu gün, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Bu gün, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Bu gün, 23:48 Atobuslar niyə düzgün park edilmir? Bu gün, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Bu gün, 23:48 Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR