
Tokionun ətrafında yerləşən Kavasaki stansiyası yaxınlığında qatarda naməlum kimyəvi maddənin püskürdülməsi nəticəsində 13-dən çox nəfər xəsarət alıb.
AVESTA.AZ xəbər verir ki, hadisə zamanı sərnişinlərin vəziyyəti qəfil pisləşib. Onlarda güclü öskürək, nəfəsalma çətinliyi və göz yaşarması müşahidə olunub.
Hadisə yerinə 20-dən çox təcili tibbi yardım briqadası cəlb edilib. Yaralananlardan üç nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda stansiyada xüsusi xidmət orqanlarının əməkdaşları işləyir. Təhlükəsizlik məqsədilə metro xətlərindən birində hərəkət müvəqqəti dayandırılıb.
Kimyəvi maddəni püskürtdüyü ehtimal olunan şəxsin axtarışı davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.