
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.