
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Bu barədə DİN Mətbuat Xidmətindən AVESTA.AZ-ə bildirilib.
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.