
Dostu məşhur aktyor Onur Buldunun xeyli miqdarda pulunu mənimsəyib.
AVESTA.AZ xəbər verir ki, o qonaq olduğu verilişdə yaxın dostu tərəfindən aldadıldığını etiraf edib.
Aktyor bildirib ki, mənzil almaq üçün hissə-hissə ödədiyi pulların əslində müvafiq tikinti şirkətinə çatmadığını sonradan öyrənib.
Onun sözlərinə görə, bütün ödənişləri etibar etdiyi yaxın dostuna göndərib:
"İşlədikcə ödəyəcəyəm deyib pulu dostuma göndərirdim. Məlum oldu ki, o, həmin pulları mənimsəyirmiş"
Onun dediyinə görə, həqiqət yalnız çıxarış (mülkiyyət sənədi) mərhələsində üzə çıxıb.
Müəssisə rəhbəri ilə birbaşa görüş zamanı isə şok reallıq ortaya çıxıb:
"Mənə dedi ki, "Sən çox saf adamsan, heç ödəniş etməmisən" Mən isə bütün pulları verdiyimi söylədim. Amma məlum oldu ki, heç bir vəsait şirkətə çatmayıb" -deyə aktyor bildirib.
Aktyor bu hadisənin onun üçün böyük dərs olduğunu da vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.