
Apreldə həbs olunan müğənni Yusuf Güney azadlığa buraxılıb.
BAKU.WS xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları proqramlardan birində sənətçinin "Ayahuska çayı" ilə bağlı diqqətçəkən ifadələr işlətdiyini müəyyən edib.
Aparılan araşdırmalar zamanı həmin içkinin tərkibində yer alan DMT maddəsinin qadağan olunmuş psixotrop maddələr siyahısında olduğu müəyyənləşdirilib.
İstintaq çərçivəsində saxlanılan Yusuf Güney aprelin 9-da məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qərarı verilmişdi.
Hazırda ifaçı "ev dustaqlığı" şərtilə azadlıqdadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.