
"Əli-ayağı dolaşıb bir-birinə... Mikrofonu sönüb, heç yandırmayıb, amma danışır. Qalstuku əyilib, xəbəri yoxdur".
AVESTA.AZ xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişində bildiriib.
Aparıcı sənət adamlarına irad bildirərək vurğulayıb ki, "mən sənətkaram, nə təqdim etsəm tamaşaçı qəbul etməlidir" düşüncəsi doğru deyil:
"Bu sənətdə "mən sənətkaram, nə təqdim etsəm tamaşaçı qəbul etməlidir" düşüncəsi doğru deyil. Tamaşaçı səni həmişə mükəmməl görmək istəyir, səhvini, qüsurunu qəbul etmir. Deyə bilərsən ki, müğənniyəm, mahnını düz oxuyum, danışanda səhv etsəm də olar. Xeyr, illərin sənət adamısan, tamaşaçı səndən düzgün nitq istəyir. Çünki etalonsan. Sonrakı nəsil səndən görüb öyrənir".
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.