
Aktrisa Farah Zeynep Abdullah yeni layihəsinin çəkilişi zamanı çətin anlar yaşayıb. O həmkarı Barış Arduç ilə birlikdə rol aldığı "Soy" film meydanından foto paylaşıb.
AVESTA.AZ xəbər verir ki, aktrisanın bu paylaşımı qısa müddətdə müzakirələrə səbəb olub.
Fotoda Farahın ayaq və qol hissəsində göyərmələr və qızartılar olduğu diqqətdən yayınmayıb. Bu aktrisanı sevənlər arasında narahatlıq yaradıb.
Qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilən paylaşımın ardından aktrisanın pərəstişkarları ona "Özünə yaxşı bax", "Tezliklə sağal" və "Çox yorulmusan" kimi dəstək mesajları yazıblar.
Məlumata görə, "Soy" filmində yer alan aksiyon və yüksək fiziki güc tələb edən səhnələr səbəbindən aktrisa çəkiliş prosesində ciddi yorğunluq yaşayıb.
Paylaşım film dünyasında da geniş müzakirələrə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.