
Şanlı Zəfərimizi qazansaq da, minalarla mübarizəmiz davam edir.
İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilən kütləvi minalama siyasəti bu gün həm humanitar, həm də təhlükəsizlik baxımından region üçün əsas təhdidlərdən biri olaraq qalır. Mina təhlükəsi insanların doğma torpaqlarına qayıdışını çətinləşdirir, eyni zamanda bərpa və quruculuq prosesinin sürətinə ciddi təsir göstərir.
Politoloq Yeganə Hacıyeva Baku TV-yə bildirib ki, bu, mülki insanlara qarşı Ermənistan dövlətinin cavabdehlik daşıdığı məsələlərdən biridir:
"Hazırkı dövrdə mina partlayışları nəticəsində həyatını itirən insanların olması minanın gələcəyə yönəlmiş təhlükə olduğunu göstərir. Nəzərə alsaq ki, bundan sonrakı mərhələdə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə hadisələrin baş verməsi riski qalır, bu məsələdə cavabdeh tərəf olmalıdır. Mənim fikrimcə, Ermənistan bu məsələyə görə məsuliyyət daşıyır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.