
Şəxsiyyəti müəyyənləşdirilən 3 itkin şəhid dəfn ediləcək.
Bu barədə BAKU.WS Əsir və itkin düşmü, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq nəşi müəyyənləşdirilən Cəfərov Rafiq Şirvan oğlu, Həziyev Ələddin Həzi oğlu, Sadıqov Zaur İmamqulu oğlu mayın 15-də Füzuli rayonunda dəfn ediləcək. Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbirstanlığında, digər iki şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.