
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-ın "Columbus Crew" klubundakı maaşı ilə bağlı məlumat yayılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə MLS Oyunçular Assosiasiyasının rəsmi hesabatında qeyd olunub.
Məlumata əsasən, 22 yaşlı hücumçunun ABŞ klubundakı illik gəliri 550 min dollar təşkil edir. Vergilər daxil hesablandıqda bu məbləğ 633 389 dollara yüksəlir.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan "Columbus Crew"ə transfer olunub. Onun MLS klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.