
"Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı 14 may 2026-cı il tarixində Vyanada keçiriləcək. Bu, cümə axşamı gününə təsadüf edir. Musiqi yarışı 16 min tamaşaçı tutumuna malik "Wiener Stadthalle" arenasında baş tutacaq.
AVESTA.AZ modern.az-a istinadən xəbər verir ki, ikinci yarımfinalda da 15 ölkənin nümayəndələri mübarizə aparacaq. Səsvermə hüququna bu yarımfinalda iştirak edən ölkələr, həmçinin Avstriya, Böyük Britaniya və Fransa malik olacaq. Bundan əlavə, yarışmada iştirak etməyən, lakin "Qalan dünya" adı altında birləşdirilən region da səs verəcək.
Qeyd edək ki, 14 mayda Azərbaycanı "Avroviziya 2026" müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək. Onun ifa edəcəyi mahnı "Just Go" adlanır.
İştirakçıların çıxış sırası belədir:
Bolqarıstan
Azərbaycan
Rumıniya
Lüksemburq
Çexiya
Ermənistan
İsveçrə
Kipr
Latviya
Danimarka
Avstraliya
Ukrayna
Albaniya
Malta
Norveç
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.