
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnam səfəri zamanı baş verən insidentlə bağlı yeni iddialar yayılıb.
BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, jurnalist Florian Tardifin yeni kitabında mübahisənin səbəbi kimi Makronun iranlı aktrisa ilə yazışmaları göstərilir.
İddiaya əsasən, Bricit Makron prezidentin telefonunda həmin mesajları gördükdən sonra cütlük arasında gərginlik yaranıb və təyyarədə mübahisə baş verib.
Allegedly the slap Macron got from his wife Brigitte was because he was messaging a hot Iranian actress for almost a year lol apparently his Wife found the messages on his mobile phone. pic.twitter.com/OLnGzNqQqN
— Nina (@ShakeLS) May 13, 2026
Jurnalist bildirib ki, Makron aktrisa ilə bir müddət yaxın münasibətdə olub və ona kompliment xarakterli mesajlar göndərib. Bununla belə, Yelisey Sarayı yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, 2025-ci ildə yayılan videoda Bricit Makronun təyyarədən enərkən həyat yoldaşına sillə vurduğu iddia olunmuş, Makron isə bunu zarafat adlandırmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.