
İraqda Baş nazir Əli Zeydi parlamentdən etimad səsi alaraq vəzifəsinin icrasına başlayıb. Yeni hökumət kabineti parlamentdə keçirilən səsvermə nəticəsində təsdiqlənib.
AVESTA.AZ xəbər verir ki, İraq parlamentində 270 deputatın iştirakı ilə keçirilən iclasda Əli Zeydi tərəfindən təqdim olunan hökumət proqramı və nazirlər kabineti səsverməyə çıxarılıb.
Nəticədə 14 nazirin təyinatı təsdiqlənib.
Səsvermədən sonra Baş nazir Əli Zeydi və kabinet üzvləri konstitusiyaya uyğun olaraq and içərək rəsmi şəkildə vəzifələrinin icrasına başlayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.