16-05-2026, 11:49 217

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Qazaxıstanın Türküstan şəhəri mayın 15-də mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dünyasının gələcək rəqəmsal inkişaf vektorunu müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə reallaşan bu sammit TDT üzvlərinin birliyi, həmrəyliyi və qlobal arenada vahid güc mərkəzinə çevrilməsi yolunda atılan növbəti strateji addımdır. Görüşün ana xəttini "Süni intellekt və rəqəmsal inkişaf" təşkil edib.

Prezident İlham Əliyevin Türküstana səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə reallaşıb və bir daha göstərir ki, Bakı-Astana münasibətləri regional tərəfdaşlıqla məhdudlaaşmır. Eyni zamanda, bu iki dost ölkənin əlaqələri Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanı müəyyən edən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, son beş il ərzində Prezident İlham Əliyevin Qazaxıstana 8 rəsmi və işgüzar səfəri, həmçinin K.Tokayevin Azərbaycana 6 qarşılıqlı səfər liderlər arasındakı yüksək səviyyəli siyasi dialoqun, şəxsi etimadın və sarsılmaz iradənin bariz dinamikasını əks etdirir. Bu intensiv, məqsədyönlü təmasların məntiqi və hüquqi zirvəsi olaraq dörd il əvvəl imzalanmış Birgə Bəyannamə, Bakı ilə Astana arasındakı əlaqələri rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bu sənəd qlobal güc mərkəzlərinin rəqabət meydanına çevrilən regionumuzda həm siyasi, həm iqtisadi, həm də xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tam gücü ilə işə düşməsini şərtləndirən nəqliyyat-logistika sahəsində dərin, institusional inteqrasiyanı nəzərdə tutur. Paralel olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan-Qazaxıstan müttəfiqliyi iqtisadi maraqlar və rəsmi protokollar üzərində qurulmayıb. İki dost və qardaş xalq arasında uzun əsrlərə dayanan tarixi əlaqələr, sarsılmaz mənəvi bağlar mövcuddur. 2020-ci ildə Azərbaycan şanlı Zəfəri ilə işğal altındakı ərazilərini azad etdikdə Şuşa ilə qardaşlaşan ilk şəhər də məhz Türküstan oldu. Bu da öz növbəsində çoxəsrlik qardaşlığın və münasibətlərin dərinliyini nümayiş etdirir.

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Prezident İlham Əliyev Türküstan sammitində geniş və olduqca strateji məzmunlu çıxış edib. Dövlət başçısı çıxışında həm Azərbaycanın rəqəmsal hədəflərinə, həm də türk dünyasının gələcək geosiyasi çəkisinə dair çox mühüm mesajlar verib. İlham Əliyevin irəli sürdüyü fundamental tezis Türk dünyasının XXI əsrdə qlobal arenada rəqabətədavamlı, nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi hədəfini ehtiva edir. Bu isə öz növbəsində Azərbaycan liderinin sadəcə birlik çağırışı deyil, həm də yeni dünya nizamının arxitekturasını müəyyən edən strateji doktrinadır. Azərbaycan Prezidenti çıxışında bu gün formalaşan çoxqütblü geosiyasi konyukturda türk dövlətlərinin müstəqil güc amili kimi möhkəmlənməsini xüsusilə vurğulayıb. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, TDT-yə üzv dövlətlər iqtisadi, rəqəmsal, nəqliyyat-logistika potensialını vahid mexanizm şəklində birləşdirməsi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Bakı və Astananın həyata keçirdiyi layihələr, xüsusilə "Orta Dəhliz"in rəqəmsal seqmentini təşkil edən Transxəzər fiber-optik kabel xəttinin inşası və Zəngəzur dəhlizinin perspektivləri türk dünyasını təkcə coğrafi baxımdan deyil, həm də qlobal ticarət və rəqəmsal data axınları səviyyəsində qovşaq nöqtəsinə çevirir. Yəni Prezidentin təklif etdiyi bu baxış, əslində, TDT-ni yalnız mədəni-tarixi platforma olmaqdan çıxararaq onu Şərqlə Qərb arasında yeni iqtisadi müvazinət yaradan, rəqəmsal suverenliyi təmin olunmuş və qlobal siyasi qərarların qəbuluna birbaşa təsir göstərən strateji tərəfdaşlıq ittifaqına çevirmək iradəsini nümayiş etdirir. Bu baxışın TDT platformasında təqdim edilməsi də səbəbsiz deyil. Çünki məhz Azərbaycanın TDT-yə sədrliyi dövründə real, icraolunan və genişmiqyaslı layihələrə keçid müşahidə edilib. Prezidentin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan türk dünyasının inteqrasiyasının sadəcə bir diplomatik hədəf olmadığını sübut edərək üzv dövlətlərin "ailə birliyi" fəlsəfəsinə söykənən fundamental geosiyasi reallığa çevirib. Azərbaycanın TDT-yə sədrliyi dövründə iqtisadi əməkdaşlığın genişlənməsi, gömrük və logistik prosedurların sadələşdirilməsi, rəqəmsal ekosistemin birgə inkişafı kimi təşəbbüslər reallaşıb. Bu isə üzv dövlətlərə qlobal böhranlar qarşısında vahid cəbhədən çıxış edən bir ailə ittifaqı kimi operativ qəbul və icra olunan qərarlar qəbul etməyə imkan verir.

Yuxarıda da qeyd edildiyi kimi, bu gün türk dünyasında birlik və vahid ailə modeli sadəcə bəyanatlarla məhdudlaşmır. Xüsusilə də Azərbaycanın moderatorluğu ilə qlobal miqyaslı nəhəng infrastruktur layihələri reallaşdırılır. Məsələn, Avropa və Asiyanı bir-birinə bağlayan tarixi İpək Yolunun "Rəqəmsal İpək Yolu" layihəsinin ana seqmenti Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər Fiber-Optik Kabel xəttinin artıq yaxın aylarda istifadəyə verilməsi Avrasiyanın geosiyasi xəritəsində yeni bir səhifə açacaq. Azərbaycan və Qazaxıstanın birgə səyi nəticəsində reallaşan bu layihə regionda rəqəmsal infrastrukturun inkişafı baxımından çox önəmlidir. Eyni zamanda, bu, TDT-yə üzv ölkələrin qlobal data axınlarında və rəqəmsal tranzitdə müstəqil operatora çevrilməsini təmin edir. Qərbə uzanan ənənəvi nəqliyyat və enerji dəhlizlərini rəqəmsal infrastrukturla tamamlayan bu layihə türk dünyasını qlobal rəqəmsal iqtisadiyyatın yeni mərkəzinə çevirir və Bakı ilə Astananın regionda yaratdığı texnoloji suverenliyin rəmzi kimi özünü göstərir.

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Bu gün dünyada, əsasən də Yaxın Şərqdə gedən proseslər ənənəvi tranzit yollarında yaşanan təhlükəsizlik problemləri, qlobal tədarük zəncirlərinin qırılması fonunda Orta Dəhliz Şərqlə Qərb arasında ən qısa, təhlükəsiz və səmərəli marşruta çevrilir. Bu nəhəng logistik arxitekturanın tam gücü ilə fəaliyyət göstərməsi və rəqabət üstünlüyünün maksimallaşdırılması isə reallaşmaqda olan Zəngəzur dəhlizi layihəsini sadəcə regional deyil, qlobal miqyaslı geosiyasi zərurət kimi önə çıxarır. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Zəngəzur dəhlizinin böyük əhəmiyyətini dəfələrlə qeyd etməsi bir sıra ölkələrdə bu marşruta ciddi maraq yaradıb. Bu gün də ölkə başçısı Türküstanda bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən kritik və tamamlayıcı seqmentidir. Bundan əlavə, sözügedən marşrut türk dünyasının coğrafi bütövlüyünü təmin edir, nəqliyyat xərclərini azaldır və Asiyadan Avropaya daşınan yüklərin hərəkət dinamikasını sürətləndirir. Logistik və nəqliyyat infrastrukturunun fiziki baxımdan tamamlanması ilə yanaşı, bu nəhəng marşrutun rəqabət qabiliyyətinin qorunması Orta Dəhliz boyunca gömrük və inzibati prosedurların radikal şəkildə sadələşdirilməsindən və rəqəmsallaşdırılmasından birbaşa asılıdır. Bu məqsədlə də TDT-nin rəqəmsal doktrinasına uyğun şəkildə inteqrasiya edilən və tətbiq olunan "e-Permit", yəni elektron icazə sistemi transsərhəd daşımalarda bürokratik maneələri aradan qaldıran bir təşəbbüsdür. Quru yolu ilə yükdaşımalar zamanı tələb olunan icazə blanklarının elektron qaydada doldurulması və operativ rejimdə təqdim edilməsi öz növbəsində gömrük-keçid məntəqələrində vaxt itkisini minimuma endirir. Paralel olaraq isə xərcləri azaldır, şəffaflığı maksimum səviyyəyə yüksəldir. TDT-yə üzv dövlətlərin gömrük orqanlarının vahid rəqəmsal ekosistemdə birləşdirilməsi Orta Dəhlizi təkcə coğrafi deyil, həm də inzibati cəhətdən qlobal ticarət üçün ən cəlbedici marşruta çevirir. Beləliklə, innovativ texnologiyaların gömrük idarəçiliyinə tətbiqi yükdaşımaların sürətini qat-qat artırmaqla, Prezident İlham Əliyevin bəyan etdiyi "türk dünyasının rəqəmsal və iqtisadi potensialının birləşdirilməsi" hədəfinin ən uğurlu və praktiki mexanizmlərindən biri kimi çıxış edir.

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Türküstan sammiti göstərdi ki, bu gün Türk dünyası rəqəmsal dünyaya sürətli adaptasiyanı özünə əsas prioritet kimi seçib. Məsələn, təşkilatın rəqəmsal doktrinasında süni intellekt texnologiyalarının məsuliyyətli, etik və təhlükəsiz istifadəsi, ondan qanunazidd məqsədlər üçün istifadənin qarşısının alınması kimi prioritetlər artıq müəyyənləşib. Bu kibertəhlükəsizlik və rəqəmsal suverenlik çərçivəsi, türk dünyasının qlobal texnoloji yarışda təkcə bir istehlakçı deyil, həm də milli dəyərlərə və beynəlxalq hüquqa əsaslanan təhlükəsiz rəqəmsal ekosistemin qurucusu olduğunu nümayiş etdirir. Qlobal səviyyədə qəbul edilən bu strateji hədəflərin və gələcək yol xəritəsinin praktiki icrası baxımından yaxın perspektivdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqunun təşkili, həmçinin bu ilin iyun ayında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş "Türk Dünyası Həftəsi"nin reallaşdırılması Azərbaycanın bu birliyə verdiyi çoxşaxəli töhfənin bariz nümunəsidir. Beləliklə, Bakının həm rəqəmsal, həm modern şəhərsalma, həm də köklü elmi-mədəni irs platformalarına ev sahibliyi etməsi Türkistan sammitində verilən qərarların effektli icrasında Azərbaycanın lokomotiv rolunu və türk dünyasının intellektual, rəqəmsal və mənəvi mərkəz missiyasını bir daha təsdiqləyir… //Report.az

Paylaş

Xəbər lenti

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur Bu gün, 00:48 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? Dünən, 23:48 Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub Dünən, 23:48 Estoniyanın Azərbaycanda səfirliyi açılıb Dünən, 23:48 Mourinyo 2029-cu ilə qədər "Real"la müqavilə imzaladı Dünən, 23:48 "Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 23:48 Beyləqanda AĞIR QƏZA: Üç nəfər xəsarət alıb Dünən, 22:48 Dünya çempionatının açılış mərasimi keçirilib Dünən, 22:48 Hansı mövsümi meyvələr allergiya yaradır? - AÇIQLAM Dünən, 22:48 1 həftə sonra məzun olacaqdı... Dünən, 22:48 "5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı Dünən, 21:48 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var Dünən, 21:48 Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib Dünən, 21:48 Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib Dünən, 21:48 Yaşlı azarkeşin Qurban Qurbanov arzusu gerçəkləşdi Dünən, 21:48 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq Dünən, 21:48 "Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?" Dünən, 20:48 Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar? Dünən, 20:48 Sumqayıtda avtoxuliqanlıq edən sürücü ƏLƏ KEÇDİ Dünən, 20:48 Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib Dünən, 20:48 İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayılıb Dünən, 19:48 Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub Dünən, 19:48 DİN 5 tona yaxın narkotik vasitəni məhv edib Dünən, 19:48 Qusardakı torpaq sürüşməsinin ANBAAN GÖRÜNTÜLƏRİ Dünən, 19:48 "Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib Dünən, 19:48 Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb Dünən, 19:48 Ötən ay 68 nəfər Azərbaycana geri qaytarılıb Dünən, 18:48 Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib Dünən, 18:48 Sabah 10 kənddə qaz kəsiləcək Dünən, 18:48 1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA Dünən, 18:48 Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır Dünən, 18:48 Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar tutuldular Dünən, 18:48 Göygöldə iki azyaşlı göldə boğularaq ölüb Dünən, 18:48 "Mənzil 4 nəfərə satılıb, hamısı deyir ki..." - Şirkət vətəndaşın başına necə oyun açıb? Dünən, 18:48 Millimiz iki pillə gerilədi Dünən, 17:48 Bakıda yeni təmayül tədris modelinə qeydiyyat başladı Dünən, 17:48 Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb Dünən, 17:48 II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək Dünən, 17:48 Bu il 116 550 şagird məzun olur Dünən, 17:48 Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb Dünən, 17:48 Parlament boykotu Paşinyana sərf edir, yoxsa yeni legitimlik böhranı yaradır? Dünən, 17:48 Qusarın Laza kəndində sürüşmə olub Dünən, 17:48 120 min dolları oğurlamaq üçün plan qurdular – Binəqədidə iki nəfər tutuldu Dünən, 16:48 İş adamına qarşı 4 milyonluq dələduzluq - Federasiya rəhbərinə ağır cəza istənildi Dünən, 16:48 AAYDA-ya yeni sədr müavinləri təyin olunub Dünən, 16:48 Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib Dünən, 16:48 Gəncəyə dolu yağır Dünən, 16:48 Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR