Bu gün, 21:48 43

Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır

Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dövlətləri birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi əsas çağırışlar sırasındadır.

Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi birliyin gücləndirilməsinə, Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun daha da artmasına davamlı töhfələri ilə diqqətdədir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur" çağırışı özündə bütün məqamları ehtiva edir: "Bunun üçün Azərbaycanın təşəbbüsləri fonunda Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolunun xronologiyasına diqqət yetirmək kifayətdir. Təşkilat Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib. Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq üzərində formalaşan əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Əgər əvvəlki dövrlərdə münasibətlərin əsasını daha çox mədəni-humanitar əlaqələr təşkil edirdisə, bu gün TDT siyasi koordinasiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərini özündə birləşdirən çoxtərəfli strateji əməkdaşlıq platforması kimi çıxış edir".

V.Rəhimzadə vurğulayıb ki, bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir: "Prezident İlham Əliyev türkdilli ölkələrin dövlət və hökumət başçıları ilə qarşılıqlı səfərlər əsasında keçirdiyi görüşlərdə, Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarındakı çıxışlarında daim bildirir ki, təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Azərbaycan dövlətinin başçısı bu mühüm məqamı da xüsusi qeyd edir ki, dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Bu, bizim çox böyük üstünlüyümüzdür. Ondan sonra coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Bu amilləri nəzərə alaraq təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Dövlət başçısı təşkilatın inkişafında Zirvə görüşlərinin böyük əhəmiyyətə malik olduğunu önə çəkərək belə görüşlərin müntəzəm keçirilməsi fonunda Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin də təşkil edildiyini bildirir. Birinci belə qeyri-rəsmi Zirvə görüşü Qarabağın incisi Şuşada keçirildi. Artıq bu, ənənə halını alıb. Dövlət başçılarının ildə ən azı iki dəfə görüşmələri bir daha göstərir ki, həm müzakirə edilməli məsələlər çoxdur, həm də dünyada proseslər o qədər sürətlə gedir ki, TDT-yə üzv ölkələrin daim məsləhətləşmələr aparmalarına, bir-birinin fikirlərini öyrənməyə və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımların atılmasına böyük ehtiyac var.

Milli Məclisin deputatı qeyd edib ki, bu ənənəyə uyğun olaraq ötən ilin mayında qeyri-rəsmi Zirvə görüşü Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olan Macarıstanda keçirildi. Həmçinin oktyabrda Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirildi: "Prezident İlham Əliyev Qəbələ Zirvə görüşündəki çıxışında "Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir" söyləyərək, 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamış, 2026-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdi

Artıq ənənəyə çevrilən qeyri-rəsmi Zirvə görüşləri çərçivəsində mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyini bildirdi və bu əminliyini ifadə etdi ki, tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək".

V.Rəhimzadənin sözlərinə görə, Türküstan Zirvə görüşü də mühüm çağırışları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu: "Tədbirin mövzusu bugünümüz və gələcəyimizlə bağlı mühüm hədəfləri özündə əks etdirir. Belə ki, "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda müzakirələrin aparılmasına, ortaq məqsədlərin müəyyənləşdirilməsinə geniş imkanlar açan Türküstan Zirvə görüşündə Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyasının qəbul edildiyini diqqətə çatdıran dövlət başçısı onu da əlavə etdi ki, strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir. Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır".

Deputat bildirib ki, bütün dövrlərdə əsas çağırış Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsidir: "Dövlət başçısı İlham Əliyev Türküstan Zirvə görüşündə bir daha bildirdi ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək. Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil ediləcəyi də diqqətə çatdırıldı".

V.Rəhimzadə qeyd edib ki, Zirvə görüşü çərçivəsində qəbul olunan Türküstan Bəyannaməsi Türk dünyasının birliyinə, gələcək inkişafına yönələn çağırışları özündə ehtiva edir: "Türküstan Zirvə görüşü bu reallığı bir daha təsdiqlədi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında hər zaman fəal və təşəbbüskar mövqeyi ilə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər təşkilat daxilində yüksək qiymətləndirilir. Hazırda Türk dünyası geniş coğrafiyanı, böyük iqtisadi potensialı, zəngin enerji resurslarını və strateji tranzit imkanlarını özündə birləşdirən mühüm geosiyasi məkan kimi çıxış edir. Bu amillər Türk Dövlətləri Təşkilatını beynəlxalq münasibətlər sistemində artan təsir imkanlarına malik çoxtərəfli əməkdaşlıq platformasına çevirir. Təşkilata üzv dövlətlər arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə uğurla inkişafı onların ümumilikdə ortaq hədəfə doğru inamla addımlamalarına stimul verir. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında qeyd etdi ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri oldu. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır. Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə Prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb".

Paylaş

Xəbər lenti

WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir Bu gün, 21:48 TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək Bu gün, 21:48 Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır Bu gün, 21:48 Moskvaya uçan 20 dron vurulub Bu gün, 20:48 WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq Bu gün, 20:48 "Daily Trust": Trampın zərərsizləşdirildiyini elan etdiyi İŞİD lideri 2024-cü ildə öldürülüb Bu gün, 20:48 Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb Bu gün, 19:48 Şahdağa qar yağır, Qəbələ, İsmayıllı, Xocalı və Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 19:48 Banqkokda dəmir yolu keçidində qəzada xəsarət alanların sayı 32 nəfərə çatıb Bu gün, 19:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır: Çeynəmə, danışma zamanı ağrı varsa... Bu gün, 18:48 AZAL-ın Naxçıvana uçuşları bu səbəbdən ləğv olundu Bu gün, 18:48 Sular üzərində qurulan möcüzə Bu gün, 18:48 Məşhur aktyorların 8 illik evliliyi bitdi Bu gün, 18:48 Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər Bu gün, 18:48 Naxçıvanda imtahandan 300 bal toplayan abituriyentin nəticəsi niyə siyahıdan kənarda qaldı? Bu gün, 18:48 Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq Bu gün, 18:48 "Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb Bu gün, 18:48 WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək Bu gün, 17:49 Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi Bu gün, 17:49 Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır Bu gün, 17:48 Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV Bu gün, 17:48 Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək Bu gün, 17:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır? Bu gün, 17:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib Bu gün, 17:48 Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək Bu gün, 16:48 Meteohəssas insanların NƏZƏRİNƏ Bu gün, 16:48 Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 16:48 Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib Bu gün, 16:48 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR Bu gün, 16:48 Sabiq millət vəkili VƏFAT ETDİ Bu gün, 16:48 Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı? Bu gün, 16:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub Bu gün, 16:48 Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb Bu gün, 16:48 Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər Bu gün, 16:48 Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım Bu gün, 15:49 Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe Bu gün, 15:49 WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib Bu gün, 15:49 Bakı dünyaya qucaq açır: Paytaxt WUF13-ə necə hazırlaşıb? - FOTOREPORTAJ Bu gün, 15:48 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir Bu gün, 15:48 WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib Bu gün, 15:48 Xarici diplomatlar üçün WUF13-lə bağlı brifinq keçirilib Bu gün, 15:48 WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək Bu gün, 15:48 72 yaşlı Con Travolta illər sonra Kanna 26 yaşlı qızı ilə qatıldı Bu gün, 15:48 Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 14:48 FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Bu gün, 14:48 Şükürbəyliyə yeni köçürülən ailələrə açarlar təqdim edilib Bu gün, 14:48 Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR