
Mavriki Prezidenti Daramber Qoxul WUF13-ə dəvət üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o, bunu WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitindəki çıxışında səsləndirib.
D.Qoxul qeyd edib ki, hazırda dünyada 3 milyard insan hələ də uyğun olmayan mənzil şəraitində, 1 milyarda yaxın insan isə gecəqondularda yaşayır:
"Bu presedentsiz humanitar problemdir. İştirak etdiyimiz forum təcrübələrin paylaşılması və qabaqcıl təcrübənin ötürülməsi üçün ən yaxşı fürsətdir. Hökumətimiz 2040-cı ilə qədərki milli inkişaf strategiyasını təsdiq edib. Bizim üçün planlaşdırma fövqəladə əhəmiyyət daşıyır. Məqsədimiz məhdud torpaq resurslarından səmərəli istifadəni və yeni şəhərsalma gündəliyinə tam uyğun, sosial ədaləti təmin etməkdir. Aşağı və orta gəlirli ailələr üçün layiqli, əlçatan mənzil təminatına çıxışı həyata keçirməliyik".
Mavriki Prezidenti dayanıqlı şəhərsalma modelini ortaya qoymağın vacibliyini vurğulayıb:
"Fürsətdən istifadə edərək şəhərlərin onillik müfəssəl transformasiya prinsipini alqışlayıram. Xüsusilə, Azərbaycanda ağıllı şəhər layihəsini, Ağdam və Qarabağdakı digər şəhərlərin Baş planlarını, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsləri alqışlayıram. Biz onun tövsiyələrindən istifadə edəcəyik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.