
Belarusda nüvə silahının döyüş şəraitində tətbiqi üzrə hərbi hissələrin təlimi başlayıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd Silahlı Qüvvələrin müasir zərbə vasitələrinin tətbiqinə hazırlıq səviyyəsinin artırılmasıdır.
Nazirliyin açıqlamasına görə, təlim zamanı şəxsi heyətin müxtəlif tapşırıqları yerinə yetirmə bacarıqları təkmilləşdiriləcək, həmçinin döyüş tətbiqinin planlaşdırılmamış ərazilərdən həyata keçirilməsi məşq olunacaq.
Məlumatda qeyd olunub ki, Belarus və Rusiya hərbçiləri birgə şəkildə nüvə sursatlarının çatdırılması və onların istifadəsinə hazırlıq məsələlərini də işləyəcəklər.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba Belarus istiqamətindən mümkün hərbi risklərlə bağlı açıqlama vermişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.