
"Bilirsiniz ki, mən Şuşada işğal zamanında olmuşam və işğaldan sonra demək olar ki, ilk gedənlərdən biri mən olmuşam. Şuşanın dirçəlişi demək olar ki, mənim gözümün qabağında keçib. İki gün əvbəl Şuşadan gəlmişəm. Hər dəfə yeni yollar tikilir, yeni binalar. Artıq Şuşada bir 1500 nəfərə qədər əhali var, onlarınla tez-tez görüşlər keçirilir və adamın ürəyi sevinir ki, biz bu günləri də gördük".
BAKU.WS xəbər verir ki, bu sözləri WUF 13-də iştirak edən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
O bu mötəbər tədbirin Bakı üçün olduqca böyük əhəmiyyəti olduğunu vurğulayıb:
"Bu forumun Bakıda keçirilməsi çox böyük bir hadisədir. Dünya çapında hadisədir və Azərbaycan üçün, Bakı üçün bu böyük bir təbliğatdır. Bu çox gözəldir ki, o qədər xaricdən bizim qonaqlarımız var və bugün çox sevindirici haldır ki, Bakıda artıq belə böyük beynəlxalq tədbirlər keçirilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.