
Gürcüstanda keçirilən miqrasiya nəzarəti tədbirləri nəticəsində 62 xarici vətəndaş ölkədən deportasiya olunub. Deportasiya edilən şəxslər arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər zamanı müxtəlif ölkələrdən olan əcnəbilərin ölkədə qanunsuz yaşadığı müəyyən edilib.
Ölkədən çıxarılan şəxslər Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Sudan, İordaniya, Filippin və digər dövlətlərin vətəndaşlarıdır.
Məlumata əsasən, deportasiya edilən şəxslərin yenidən Gürcüstan ərazisinə girişinə qanunvericiliyə uyğun olaraq qadağa tətbiq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.