
"Xankəndi şəhərinin baş planı hazırlanır".
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, layihə hazır olduqdan sonra şəhərdə ciddi və əsaslı tikintilərin şahidi olacağıq:
"Layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Baş plan ilə yaşıllıq istirahət zonalarının sayının şəhər kontingentinə uyğun olaraq hazırlanması planlaşdırılır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.